19.08.25 | Bakı 26.03° C |
10:06:25
Lent :

Pezeşkian Paşinyanla razılığa gəldi: Araz çayı üzərində 2-ci körpü tikiləcək

19 avq 2025 15:00
GÜNDƏM
ads
Advertisement

İrəvanda rəsmi səfərdə olan İran prezidenti Məsud Pezeşkianla Ermənistanın baş naziri Nikol Paşinyan arasında ikitərəfli danışıqlar olub.

Qutb.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, danışıqlar 20 dəqiqəsi özəl formatda olmaqla, təxminən bir saat yarım davam edib.

İran və Ermənistanın yüksək rütbəli rəsmiləri əlaqələri genişləndirmək üçün müxtəlif iqtisadi, mədəni və siyasi sahələrdə birgə bəyannamə və 10 əməkdaşlıq sənədi imzalayıblar.

Pezeşkian və Ermənistanın baş naziri iki ölkə arasında səfərlə bağlı birgə bəyannamə də imzalayıblar.

Ermənistan və İran Araz çayı üzərində ikinci körpünün tikintisinə dair razılığa gəliblər. Bu barədə İranın rəsmi nümayəndə heyətinin tərkibində İrəvanda səfərdə olan İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq “Tasnim” agentliyinə bildirib.

Sadiqin qeyd etdiyi kimi, Noraduzda ikinci körpünün tikintisi, mövcud körpünün yenidən qurulması, sərhəd terminallarının təkmilləşdirilməsi, yük maşınları üçün rüsumlara yenidən baxılması ilə bağlı ilkin razılıqlar əldə olunub.

"Bu addımlar yükdaşıyıcıların işini asanlaşdıracaq və tamhüquqlu tranzit paketi formalaşdıracaq. Paket yaxın aylarda tamamlanacaq", - nazir bildirib.

Onun sözlərinə görə, dəmir yolu layihələrinə xüsusi diqqət yetirilir. Sadiq Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolu xəttinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. İranda yol artıq Culfaya çatır və Culfa-İrəvan marşrutu təsdiqlənib.

Bundan əlavə, tərəflər hava daşımaları sahəsində memorandum imzalamağa hazırlaşır. Ermənistanın dənizə çıxışı olmadığını nəzərə alsaq, liman infrastrukturu sahəsində əməkdaşlıq da gündəmdədir. Bu məqsədlə İranın cənubundakı Fars körfəzi və Oman dənizi sahillərindəki limanların logistik potensialından istifadə edilməsi planlaşdırılır.

"Bu təşəbbüslər İran, Ermənistan, Avropa və Şərqi Asiya arasında tranzitin inkişafı üçün möhkəm zəmin yaradacaq", - nazir qeyd edib.

Eyni zamanda, İrəvanda Fars körfəzi-Qara dəniz avtomobil və dəmir yolu dəhlizinin inkişafı haqqında saziş də razılaşdırılıb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
153 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
26.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur