10.10.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Qarabağa qayıdan köçkünlərin Bakıdakı evləri kimlərə verilir? - Rəsmi CAVAB

07 okt 2025 10:00
GÜNDƏM
ads
Advertisement

Ermənistanın hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşən on minlərlə məcburi köçkün uzun illərdir ölkənin müxtəlif bölgələrində salınmış qəsəbə və şəhərciklərdə məskunlaşıb. Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə köçkünlərin öz doğma torpaqlarına qayıdışı artıq mərhələli şəkildə həyata keçirilir.

Doğma yurdlarına qayıdan insanların köçkün qəsəbələrindəki evləri və şəhərciklərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək taleyi aktuallıq kəsb edir. 

Mövzu ilə bağlı Qutb.az-ın sorğusuna Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, işğaldan azad olunmuş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə – yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində, eləcə də başqasına məxsus mənzillərdə müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür.

Qarabağa köç edən keçmiş məcburi köçkünlərin Bakı, Sumqayıt və digər şəhər və rayonlarda olan evləri müvəqqəti olaraq başqa məcburi köçkünlərə verilir

“Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa olunmuş və onların müvəqqəti məskunlaşdıqları yaşayış komplekslərindən köçürülmə çox az hallarda baş verir. Belə hallarda boşalmış mənzilin digər məcburi köçkün ailəsinə verilərkən, onların sosial statusu daha çox nəzərə alınır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 65 saylı qərarına əsasən, məcburi köçkünlərə müvəqqəti istifadə üçün verilmiş yaşayış sahələrini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişdirmək, ipoteka predmeti kimi istifadə etmək və digər yollarla özgəninkiləşdirmək olmaz, onlar həmçinin başqasını həmin evə köçürmək hüququna malik deyillər.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
157 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur