Rusiyanın Omsk şəhər sakini 9 yaşlı oğluna çəkiclə, 87 yaşlı anasına isə bıçaqla hücum edib.
Publika.az xəbər verir ki, bu barədə vilayət prokurorluğu öz "Telegram" kanalında məlumat yayıb.
Bildirilir ki, ana uşaq yatılı olarkən onun başına ən azı üç zərbə endirib. Daha sonra qadın anasını bıçaqlayıb və yalnız bundan sonra evin digər sakinləri qadını saxlaya biliblər.
Məlumata görə, bu faciənin baş verdiyi ailə olduqca mehriban imişlər.
“Əvvəllər uşaq nənəsi ilə bir otaqda yaşayırmış, valideynlərin dediyinə görə, aralarında dostluq münasibətləri olub”, - prokurorluq qeyd edib.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, cinayət işi başlanıb.
Adəm