Bir müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb olub. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə Xalq artisti “Bu şəhərdə” komandasının tamaşasında görüntülənib.
Publika.az xəbər verir ki, Musavat.com A.Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxlayıb.
Xalq artisti bildirib ki, özünü çox yaxşı hiss edir:
“Heç gör, Məleykə Əsədovadan yazırlar ki, qəşəng oxuyur, qəşəng səsi var. Nadir istedaddır, amma bu barədə yazmırlar”.
A.Bəşirqızı səhnəyə qayıtmaq istəyindən də danışıb:
“Bəli, teatra gedirəm, sıx əlaqəm var. Bayram ərəfəsi olduğu üçün teatrda işlər çoxdur. Hazırlanan tamaşalar var. Səhnəyə qayıtmaq fikrim var. Sadəcə, Əməkdar artist Ələkbər Əliyev belindən cərrahiyyə əməliyyatı olunub. Bu vəziyyətdə rol ifa edə bilməz. İstəyirik “Toya bir gün qalmış” tamaşasını oynayaq. Yeni bir tamaşa da var. İndidən bu haqda danışmaq istəmirəm”.