Əgər polis və Milli Təhlükəsizlik Xidməti müəyyən tədbirlər görürsə, deməli, onlarda müəyyən qrupların təxribatlarının ola biləcəyi barədə əməliyyat məlumatı var.
Publika.az xəbər verir ki, bunu iyunun 12-də Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
“Amma mən də hesab edirəm ki, hüquq-mühafizə orqanlarının əməkdaşları da bu mümkün qrupların və onların ayrı-ayrı üzvlərinin müəyyən edilməsi, zərərsizləşdirilməsi və məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görür. Bütün dünyada polis gücdür və bəzən güc tətbiq etdiyi hallar olur. Sonra deyirlər ki, niyə polislər cinayət məsuliyyətinə cəlb edilmir? Polis məmuru işini gördüyünə görə mühakimə oluna bilməz”, - Paşinyan deyib.
Adəm Abbaslı