Rusiya Prezidenti Vladimir Putin Azərbaycana dövlət səfəri edəcək.
QÜTB.AZ Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər mövcud diplomatik dərəcəyə görə ən yüksək dövlət statusu daşıyacaq.
Səfərin avqustun 18-dən 19-a kimi baş tutacağı bildirilir.
Səfər zamanı Rusiya Federasiyası və Azərbaycan liderləri ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafı aspektlərini müzakirə edəcəklər.
Səfərin gündəliyində həmçinin dünyadakı vəziyyətin və regional təhlükəsizlik məsələlərinin müzakirəsi də var.
Xəbərdə deyilir ki, səfər zamanı bir sıra hökumətlərarası sazişlərin və digər ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Bundan əlavə, Kremlin mətbuat xidməti bildirib ki, görüşün yekununda Rusiya Federasiyası və Azərbaycan liderlərinin birgə bəyanat qəbul edəcəyi gözlənilir.
Hüseyn İbadlı