Qarışıq stil döyüşçüsü (MMA) Ceff Monson islamı qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə TASS-a idmançı özü məlumat verib.
53 yaşlı Monson çərşənbə günü Moskvada kəlmeyi-şəhadəti dilə gətirib.
"Mən islamı şüurlu şəkildə qəbul edirəm. Bu çətin zamanda qardaşlarımla çiyin-çiyinə dayanmaq istəyirəm. Bu barədə çox düşünmüşəm, lakin bu, həlledici addımdır", - Monson deyib.
60 qələbə, 26 məğlubiyyət və 1 heç-heçə rekorduna malik idmançı 2018-ci ildə ABŞ vətəndaşlığından imtina edib, Rusiya Federasiyasının vətəndaşı olub.
O, 2023-cü ilin sentyabrında Vahid Rusiya Partiyasından Başqırdıstan Dövlət Məclisinə deputat seçilib.