Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien Rusiya-Ukrayna müharibəsində tərəflərin gərginliyi azaltmalı və atəşkəs məsələsini nəzərdən keçirməli olduğunu bildirib.
Publika.az xəbər verir ki, o, Çinin paytaxtı Pekində təşkil edilən mətbuat konfransında açıqlamalar verib.
Lin Cien Kiyevə edilən və Okhmatdyt Uşaq Xəstəxanası da daxil olmaqla bir çox bina və infrastrukturun zədələndiyi hücumu qınayıb: "Çinin Ukrayna məsələsində mövqeyi sabit və aydındır. Tərəflər məsuliyyətlə gərginliyi azaltmalı və atəşkəs və siyasi həll üçün vəziyyəti qiymətləndirməlidirlər".
Roza Şəfiyeva