04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

“Ermənistan tərəfini Qarabağda olan silahlı terrorçu dəstələri dinləmir...“ ƏDALƏT VERDİYEV

15 noy 2022 12:41
GÜNDƏM
ads
Advertisement

 Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları dünən səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Erməni təxribatı nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

"Erməni silahlı dəstələri ilk dəfə deyil ki, bu cür təxribata əl atır. Bundan qabaq da müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb.Azərbaycan ordusunun rusların müvəqqəti nəzarətində qisas əməliyyatının keçirməsi  Azərbaycanın istəyi ilə baş verən hadisə deyildir. Bu erməni silahlı qüvvələrinin azərbaycan ordusunun mövqeyini intensiv şəkildə atəşə tutması  və nəticədə bir nəfər Azərbaycan əsgərinin şəhid olmasından sonra məcburiyyət qarşısında atılmış bir addımdır."

Bu barədə Qutb.az a danışan hərbi ekspert Ədalət Verdiyev onu da qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən silahları çıxarmayana qədər, bütün Azərbaycan ərazilərində son terrorçu həmin əraziləri tərk etməyənə belə əməliyyatların təkrarlanması yüksək olaraq qalacaq.

Ə.Verdiyev Qarabağdakı silahlıların Ermənistan hökümətinin tapşırıqlarına əməl etmədiyini vurğulayıb: "Ermənistan tərəfini Qarabağda olan silahlı terrorçu dəstələri dinləmir, yəni Ermənistan hakimiyyəti Qarabağ məsələsində Qarabağ separatçılarına təsir imkanlarını itiriblər. Məhs buna görə də belə bir vəziyyət yaranıb ki, Azərbaycan artıq ermənistan vasitəsilə deyil, öz güc və imkanları hesabına ərazilərindən silahlıları çıxardır.Digər tərəfdən qeyd etmək lazımdır ki, sülhməramlılarla bizim müəyyən proseslərlə razı olduğumuz və ya razı olmadığımız məsələr olsa da,  onlarla toqquşma ehtimalı yoxdur. Bu nə Azərbaycanın, nədə Rusiyanın maraqlarına cavab verir."

Növbəti müharibənin gözlənilib, gözlənilmədiyi sualına cavab verən ekspert,müharibənin olmayacağını qeyd edib :


"Müharibə gözlənilmir.Çünki növbəti müharibə etmək üçün Ermənistan ordusunun buna real potensialı yoxdur,lakin növbəti əməliyyatların keçirilməsi mümkündür.Bu daha çox Ermənistan tərəfindən və Qarabağ da mövcud olan separatçı rejimin davranışlarından aslı olacaq,əgər azərbaycan tərəfinin birgə bəyanatla irli sürdüyü və Ermənistanında imzaladığı şərtlət yerinə yetirilməzsə, təbii ki, Azərbaycan tərəfi növbəti təmizləmə və yaxud antiterror əməliyyatlarını keçirə bilər."

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur