Maliyyə çətinlikləri qarşısında yeni layihələrini dayandırmaq məcburiyyətində qalan Yunanıstan ümidlərini ABŞ-dan ucuz qiymətə gələn silahlara bağlayıb.
Publika.az xəbər verir ki, maliyyə çətinlikləri səbəbiylə 1,7 milyard avro dəyərində 4 "Corvette" tipli döyüş gəmisinin alınmasını dayandıran Yunanıstan, ABŞ-ın 4 LCS tipli sahil döyüş gəmisi təklifini qəbul edib.
Yunan mediasında LCS-lərin Fransaya sifariş edilən "Belharra" tipli freqatlar gələnə qədər boşluğu doldura biləcəkləri qeyd edilib.
Yunanıstanın ABŞ-ın ehtiyaclarından artıq olan iki C-130 hərbi-nəqliyyat təyyarəsi və Bradley M2A2 tipli zirehli döyüş maşını ilə də maraqlandığı bildirilib.
Roza Şəfiyeva