28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Paris Ukraynada İKİ CƏBHƏ AÇIR?

19 mar 2024 20:00
GÜNDƏM
ads

Fransa Silahlı Qüvvələrinin istefada olan polkovniki Vincent Arbaretier hesab edir ki, Ukraynaya göndərilə biləcək fransız əsgərləri Dnepr boyunca və ya Kiyev ətrafında yerləşdiriləcək .

Publika.az xəbər verir ki, o, bu barədə LCI telekanalının efirində bildirib .

"İki variant mümkündür: Dnepr boyunca və Kiyev ətrafında. Onları qarışdırmaq olar ki, ruslar daha da irəli gedə bilməsinlər, əks halda atəşimizin altına düşmək riski var", - Arbaretier bildirib.

O, iddia edir ki, fransız əsgərlərinin Ukraynada yerləşdirilməsi Rusiyaya qarşı təxribata çevrilməyəcək, lakin Moskvanı danışıqlara məcbur etməlidir.

Arbaretierin fikrincə, beləliklə, Fransa nüvə dövləti kimi “Avropanın qorunmasında öz rolunu” yerinə yetirəcək.

"YouTube" kanalında yayımlanan süjetə şərhlərdə izləyicilərin əksəriyyəti Fransa qoşunlarının Rusiyaya qarşı döyüşmək üçün Ukraynaya göndərilməsi ideyasının qəti əleyhinədir.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur