Almaniyada "kansler Olaf Şolts və Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar" mövzusunda sorğu keçirilib. Sorğuda iştirak edən Almaniya vətəndaşlarının əksəriyyəti onlar arasında danışıqların aparılmasının tərəfdarıdır.
QÜTB.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi xəbər yayıb.
"YouGov" ictimai rəyi araşdırma institutunun sorğusuna əsasən, respondentlərin 59 faizi iki lider arasında telefon danışığının aparılmasının tərəfdarıdır, 26 faizi əleyhinədir, 15 faizi isə cavab verməkdən imtina edib.
Maraqlıdır ki, keçmiş Şərqi Almaniyanın federal əyalətlərində də respondentlərin 68 faizi Şolts və Putin arasında danışıqları dəstəkləyib, sorğu iştirakçılarının 15 faizi isə əleyhinə olub.
Xatırladaq ki, Şolts və Putin sonuncu dəfə 2 dekabr 2022-ci ildə telefonla danışıblar. Söhbət Almaniya tərəfinin təşəbbüsü ilə baş tutmuşdu.
Adəm Abbaslı