Bakının Nəsimi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az lent.az-a istinadən bildirir ki, qəza 28 May küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin kəsişməsində qeydə alınıb.
İdarəetməni itirən "Mercedes" markalı minik avtomobilinin sürücüsü yolu keçən 30-35 yaşlarında olan kişini vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.
Hadisənin təfərrüatı araşdırılır.
Milli.Az