28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Baş nazir SÖZ VERDİ: bu ölkədə fahişəlik ləğv edilir

09 mar 2024 16:00
GÜNDƏM
ads
Advertisement

İspaniyanın Baş naziri Pedro Sançes ölkədə fahişəliyin ləğvinə yönəlmiş qanun layihəsini təqdim edəcəyinə söz verib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, yaxın vaxtlarda parlamentdəki sosialistlər qrupu ölkədə fahişəliyin ləğvini həyata keçirmək üçün qanun layihəsi təqdim edəcək.

Nəşr qeyd edir ki, İspaniyada fahişəlik qeyri-qanuni deyil, lakin bununla bağlı bəzi fəaliyyətlər qadağandır. İber krallığının səlahiyyətliləri təxminən 45 min qadının cinsi istismara məruz qaldığını iddia edir.

Xatırladaq ki, bundan əvvəl İspaniyada əcnəbi qadınları cinsi köləliyə aparan cinayətkar qrup məhv edilib.

Polisin keçirdiyi əməliyyat nəticəsində 2 qadın cinsi köləlikdən azad edilib, dəstənin fəaliyyətinin qurbanı olan daha 7 nəfərin yeri müəyyən edilib, 3 nəfər həbs edilib, onlardan ikisi nəzarətə götürülüb. Onlar seksual alver, fahişəliyə məcbur etmə, cinayətkar qruplaşmada iştirak və qanunsuz silah saxlama maddələri ilə ittiham olunublar.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur