NASA-nın Reaktiv Sürət Laboratoriyası Yerə doğru uçan asteroid aşkar edib.
Publika.az xəbər verir ki, planetimizdən təxminən 3 milyon kilometr uzaqdan keçəcək asteroidə "şəhər qatili" ləqəbi verilib.
NASA-nın məlumatına görə, eni təxminən 271 metr olan sürətli kosmik cisim saatda təxminən 65 min kilometr sürətlə hərəkət edəcəyi gözlənilir.
Mütəxəssislərin bu ölçüdə olan asteroidləri "şəhər qatilləri" adlandırmalarının səbəbi onların yaşayış bölgələrinə düşərək bütün şəhərləri məhv etməyə qadir olmalarıdır. Ancaq bu asteroid çox kiçik və teleskop olmadan görünməyəcək qədər uzaq olacaq.
Roza Şəfiyeva