31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Prezident dini işlər nazirini cəzalandırdı

22 iyn 2024 13:00
GÜNDƏM
ads

Tunis prezidenti Kays Said Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpaqlarda olan 49 tunislinin ölümündən sonra dini işlər naziri İbrahim Şabini vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, Həcc ziyarətini yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən 49 tunislinin ölümü ölkədə kəskin tənqidlərə səbəb olub. Tunis Rəyasət Heyətindən verilən açıqlamada prezident Kays Saidin dini işlər naziri İbrahim Şabini vəzifəsindən azad etdiyi bildirilib.

O da qeyd olunur ki, temperaturun 50 dərəcəni keçdiyi müqəddəs torpaqlarda Həcc ziyarəti zamanı 11 ölkədən ən azı 1081 zəvvar həyatını itirib. Hər il on minlərlə insan rəsmi qeydiyyatdan keçmədən Həcc ziyarətini yerinə yetirmək üçün müqəddəs torpağa gedir. Qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli ərazilərə daxil ola bilmədiklərindən güclü istilərlə üzləşirlər.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur