01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

İordaniya mediası 20 Yanvar faciəsindən yazdı

21 yan 2024 10:00
GÜNDƏM
ads
Advertisement

İordaniyanın aparıcı “Əl-Ənbat” qəzetində, eləcə də geniş oxucu kütləsinə malik "Ammonnews", "Sarayanews", "Jordanzad", "Nayrouz", "Marayanews", "johinanews" və "orobanews" elektron xəbər portallarında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı Səfirlik tərəfindən yerli mətbuata verilmiş bəyanat əsasında “Azərbaycan 1990-cu ilin Qara Yanvar qətliamının qurbanlarını yad edir”, “20 Yanvar: Azərbaycan xalqının kədər və qürur günü” sərlövhəli məqalələr dərc edilib.

Publika.az xəbər verir ki, məqalələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi qüvvələrinin Azərbaycanda törətdiyi cinayətdən bəhs olunur. Bu faciənin bəşəri dəyərlərə qarşı cinayət olduğu, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisələri zamanı Azərbaycana ağır mənəvi və xeyli maddi zərər vurulduğu, xalqın bütün hüquqlarının pozulduğu qeyd olunur.

Məqalələrdə, həmçinin 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında hüzn və kədər, eyni zamanda, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğu bildirilir. Hər il 20 Yanvar faciəsinin ildönümündə Azərbaycan xalqının 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla andığı, insanların Şəhidlər xiyabanına axın etdiyi, qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzdüyü, onların azadlıq mübarizəsindəki rolunu minnətdarlıq hissləri ilə xatırladığı vurğulanır.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur