28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Gələn il əmək pensiyalarının orta aylıq məbləği...

21 noy 2024 12:01
GÜNDƏM
ads
Advertisement

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək.

QÜTB.AZ xəbər verir ki, bunu Milli Məclisdə iki komitənin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev açıqlayıb.

Komitə sədri bildirib ki, əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozundan 702,4 milyon manat, yaxud 10,5% çoxdur:

“Əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 494 manat təşkil edəcəyi gözlənilir, 2025-cü ildə isə 535 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 527 manatdan 44 manat artaraq - 571 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 48,8% və 49,5% olmaqla Beynəlxalq Əmək Təşkilatının sosial təminatın minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək.

Növbəti ildə əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi (50 milyon manat), eləcə də pensiya və müavinətlərin əhaliyə çatdırılması və bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri (37 milyon manat) ümumilikdə 87 milyon manat məbləğində proqnozlaşdırılır”

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur