Atəşkəs danışıqlarında İsrail və Fələstinin HƏMAS hərəkatının mövqeləri arasındakı uçurum daralır və bu, Qəzza zolağında yeni atəşkəs razılaşmasının əldə olunmasına imkan yaradır.
Publika.az xəbər velrir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Misirin xarici işlər naziri Sameh Şukri ilə birgə mətbuat konfransında deyib.
"Boşluq bağlanır və biz Dohada razılaşmalar əldə etmək üçün səy göstərməyə davam edəcəyik... Buna nail olmaq çətindir, lakin mən bunun mümkün olduğuna inanıram”, - o əlavə edib.