11.02.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

HƏMAS hərbi komandanın ölümünü TƏSDİQLƏDİ

30 yan 2025 23:00
GÜNDƏM
ads

HƏMAS hərəkatı hərbi qanadının rəhbəri Məhəmməd əd-Deyfin ölümünü təsdiqləyib.

QÜTB.AZ bu barədə HƏMAS-ın Əl-Qəssam briqadalarının nümayəndəsi Əbu Ubaidanın videomüraciətinə istinadən yazır.

Əd-Deyfin müavini Mərvan İsanın da ölümü təsdiqlənir.

2024-cü ilin avqustunda İsrail Müdafiə Qüvvələri (IDF) iyulun 13-də Xan Yunis hücumunda Məhəmməd əd-Deyfin öldürüldüyünü bildirib.

HƏMAS Siyasi Bürosunun artıq öldürülmüş rəhbəri Yəhya Sinvar və əd-Deif 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailə hücumu planının müəllifləri adlandırılıb.

2024-cü il iyulun 31-də HƏMAS-ın rəhbəri İsmayıl Haniyə İranın yeni prezidenti Məsud Pezeşkianla görüşdükdən qısa müddət sonra Tehranda öldürülüb. Onun 12 qohumunun da öldüyü bildirilir. Yalnız 24 dekabr 2024-cü ildə İsrail ilk dəfə Haniyənin məhv edilməsində iştirakını etiraf edib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
145 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur