Yaponiya şahzadəsi Kiko müəmmalı xəstəlik səbəbindən müvəqqəti olaraq məzuniyyətə çıxmaq məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, Kiko Keniya Prezidenti Uilyam Ruto və həyat yoldaşı ilə görüşdə iştirakdan imtina edib. Onun əvəzinə xarici siyasətçini imperator Naruhitonun 22 yaşlı qızı şahzadə Ayko qarşılayacaq.
Həmçinin, qarşıdan gələn tədbirlərdə xəstələnmiş şahzadəni əri, vəliəhd şahzadə Akisinonun əvəzləyəcəyi gözlənilir.(oxu.az)