Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Mirzəağa Əliyev küçəsində mikromobillik zolağı yenidən təşkil olunur. Zolağın uzunluğu 1 km olacaq.
AYNA-dan QÜTB.AZ-a bildirilib ki, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə mikromobillik zolağı birbaşa yolun kənarı ilə deyil, piyadaların hərəkəti üçün yer saxlanılmaqla təşkil edilir. Küçədə səkilərin inşası ilə bağlı da aidiyyəti üzrə müraciət edilib.
Yolda avtomobillər üçün hərəkət zolaqlarının sayının eyni saxlanılması təmin edilib.
Qeyd edək ki, bu zolaq İstiqlaliyyət küçəsi və Azərbaycan prospektində təşkil edilmiş mikromobillik zolaqlarını Bülbül prospekti, Süleyman Ələsgərov küçəsi, Azadllıq prospekti və Şəmsi Bədəlbəyli küçəsindəki zolaqlarla əlaqələndirir.