Xavi ilə yollarını ayıracağı dəqiqləşən "Barselona"nın əsas baş məşqçi hədəfi müəyyənləşib.
Publika.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi hazırda "Mançester Siti"yə rəhbərlik edən Pep Qvardioladır. Bu barədə "Chringuito" məlumat yayıb.
"Barsa"nın prezidenti yaxın günlərdə klubun yetirməsi olan mütəxəssislə birbaşa təmasa keçəcək və onun bu məsələyə fikrini öyrənəcək.
Maraqlı məqam odur ki, Qvardiola bu barədə açıqlama verib. O, "Barselona" çağıracağı təqdridə, qayıtmağa hazır olduğunu elan edib.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pep 1990-2001-ci illərdə futbolçu kimi, 2008-2012-ci illərdə isə baş məşqçi kimi komandanın uğurları üçün çalışıb.
Heybət