Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində "Atalanta" ilə oyunda zədə alan Kilian Mbappenin son halı açıqlanıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Real Madrid" rəsmi saytında məlumat dərc edilib.
““Real Madrid”in tibb şöbəsi tərəfindən bu gün Kilian Mbappe üzərində aparılan tibbi müayinələrdən sonra futbolçunun sol ayağının bud nahiyəsində zədə aşkarlanıb. Onun vəziyyəti nəzarətdə saxlanılacaq”, - deyə klubdan bildirilib.
Jurnalist Aranja Rodriges "X" sosial şəbəkəsindəki səhifəsində fransalı forvardın sağalması üçün təxminən on gün vaxt lazım olduğunu bildirib. Belə ki, futbolçu İspaniya çempionatının 17-ci turunun dekabrın 14-də baş tutacaq "Rayo Valyekano" ilə matçında meydana çıxmayacaq .
Qeyd edək ki, "Real Madrid" - "Atalanta" matçı Madrid klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mbappe ilə "Real Madrid" arasında müqavilənin imzalanması iyunun 3-də rəsmən açıqlanıb. Hücumçu azad agent kimi İspaniya nəhənginə keçib. Bundan əvvəl forvard 2017-ci ildən çıxış etdiyi Fransanın PSJ klubunda çıxış edib.
Hüseyn İbadlı