Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya Soçidə “Xarıbülbül” broşu hədiyyə edilib.
Publika.az xəbər verir ki, Soçidə keçirilən Rusiya "Bilik" Cəmiyyətinin Federal Təhsil Marafonu - “Bilik.Birincilər” marafonu çərçivəsində Azərbaycanlı qadın Zaxarovaya 44 günlük Vətən müharibəsində qələbənin simvolu olan “Xarıbülbül” broşu hədiyyə edib.
Qeyd edək ki, 2 mart - 6 mart 2024-cü il tarixlərində baş tutacaq marafon Soçidə 2024 - Dünya Gənclər Festivalı çərçivəsində keçirilir. Marafonda natiqlər arasında Zaxarova ilə yanaşı, alimlər, iri şirkətlərin rəhbərləri, uğurlu sahibkarlar, mədəniyyət və incəsənət ustaları, Rusiyanın və dünyanın dövlət və ictimai xadimləri yer alırlar.