Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili əsasını qoyduğu Vahid Milli Hərəkat Partiyasının seçkiqabağı kampaniyasında fəal iştirak etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
"Mən partiyamızın siyasi fəaliyyət komitəsinə rəhbərlik etmək niyyətindəyəm və qarşıdan gələn parlament seçkilərində mübarizənin önündə olmağa hazıram. Bu komitəyə partiya liderləri, eləcə də ictimai xadimlər daxil olacaq", - Saakaşvili növbəti məhkəmə iclasına klinikadan onlayn qoşularkən deyib.
Saakaşvili bildirib ki, Ukrayna vətəndaşı olaraq qalır, buna baxmayaraq, onun seçki kampaniyasında iştirakına heç nə mane olmur:
"Çünki presedent də var, oliqarx Bidzina İvanişvili 2012-ci ildə Gürcüstanda keçirilən seçkilərdə başqa ölkənin vətəndaşı kimi iştirak edib".
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək.(Milli.az)