Məşhur türkiyəli aktrisa Burcu Biricik və reklamçı həyat yoldaşı Emre Yetkin 8 Mart - Beynəlxalq Qadınlar Günü çərçivəsində təşkil edilən tədbirə qatılıblar.
Publika.az xəbər verir ki, son olaraq “Camdakı kız” serialındakı rolu ilə tanınan aktrisa “Gələcəyin güclü qadınları” adlı tədbirdə geyindiyi qırmızı libasdakı pozaları ilə diqqət mərkəzində olub.
Hamilə olan və ilk övladlarının dünyaya gəlməsini gözləyən 34 yaşlı Burcu Biricik daha sonra qırmızı libasındakı hamiləlik pozalarını sosial şəbəkə hesabında paylaşıb.
Onun paylaşımına qısa müddətdə təqribən 200 min bəyənmə (“like”) və izləyicilərindən çoxlu şərh gəlib.
Xatırladaq ki, 2016-cı ildə ailə quran Burcu Biricik və Emre Yetkin cütlüyü ötən yanvar ayında körpələrinin dünyaya gələcəyini açıqlayıb. Cütlüyün qız övladının doğulacağı məlum olub.