Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi ordu generalı Metin Gürak çərşənbə axşamı İraqın paytaxtı Bağdada qəfil səfər ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Sabah" məlumat yayıb.
Əvvəlldən elan olunmamış səfər Türkiyənin İraqda PKK terrorçularına qarşı hərbi əməliyyatlarını gücləndirdiyi bir dövrdə baş tutub.
Səfərin təfərrüatları açıqlanmasa da, bu, Gülər və Türkiyənin xarici işlər naziri Hakan Fidanın iraqlı həmkarlarını təhlükəsizlik sammiti üçün Türkiyənin paytaxtı Ankarada qəbul etməsindən təxminən iki ay sonra baş verib.
Qeyd edək ki, Sammitdə Şimali İraq Kürdüstan Regional Rəhbərliyinin nümayəndələri də iştirak edib.
Hüseyn İbadlı