Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində 12 qadın məhbusun ayağını yuyub.
Publika.az xəbər verir ki, Papa Fransisk Pasxa bayramından əvvəl “Müqəddəs Cümə axşamı” kimi tanınan gündə Romadakı Rebbibia həbsxanasına gedib və orada 12 qadın məhbusun ayaqlarını yuyub və öpüb.
“VaticanNews”-da yer alan xəbərə görə, Papanın ayaqlarını yuduğu məhbusların italyan, rus, bolqar, nigeriyalı, ukraynalı, peru və bosniya-herseqovinalı olduğu bildirilib.
Roza Şəfiyeva