Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Almatıda keçirilən görüşdə beynəlxalq gündəliyi müzakirə ediblər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazır.
Bildirilir ki, tərəflər əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəm ətrafında fikir mübadiləsi aparıblar. Bundan əlavə, Şoyqu və Volfoviç İttifaq dövlətinin təhlükəsizlik konsepsiyasının və təhlükəsizlik təminatlarına dair Rusiya-Belarus sazişinin layihəsinin hazırlanmasını müzakirə ediblər.
Mayın 31-də Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlar aparıb. Dövlət başçıları telefonla Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iyulda Qazaxıstanda keçiriləcək sammitini müzakirə ediblər.
Xatırladaq ki, Belarus lideri Minsk və Moskvanın 20-ci əsrin ortalarında olduğu kimi, indi də kənardan hücuma imkan verməyəcəyini qeyd edib. Onun sözlərinə görə, Rusiya və Belarusun birgə İttifaq Dövlət qrupu var və lazımi təlimlər keçirilir.
Adəm Abbaslı