18.11.25 | Bakı 14.03° C |
10:06:25
Lent :

Azərbaycan Ermənistana qaz və elektrik sata bilər

18 noy 2025 15:00
GÜNDƏM
ads

Ermənistan Baş naziri Nikol Paşinyan Kopenhagendə Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyevlə "Tramp marşrutu" boyunca elektrik xətlərinin və qaz kəmərinin çəkilişini müzakirə etdiklərini bildirib.

Baş nazir ümumiyyətlə hesab edir ki, layihənin həyata keçirilməsində heç bir maneə yoxdur.

Məsələ ilə əlaqədar Qutb.az-a danışan sabiq diplomat Nəsib Nəsibli bildirib ki, Zəngəzur dəhlizinin detallarının müzakirə olunması çox gözəl xəbərdir:

“Zəngəzur dəhlizi məsələsinin irəliləməsi bizim maraqlarımıza uyğundur. Qaz kəmərinin olması da çox gözəl hadisədir. Çünki məlum olduğu kimi Naxçıvanın qazla təmin olunması illərlə bizim üçün böyük problem olub. Qaz kəmərini İran, Qars üzərindən dolayı yolla naxçıvana gətirdilər.  Amma bu kəmərlərin mümkün qədər şaxələnməsi yaxşı hal olardı. Texniki baxımdan bu çox müsbət hadisədir”.

Sabiq diplomat vurğulayıb ki, Azərbaycan Ermənistanı enerji daşıyıcıları ilə özünə bağlamalıdır:

“Son aylarda bir xəbər çıxmışdı ki, Ermənistan türkmən qazının İran üzərindən alınması məsələlərini müzakirə edir. Bu, əvvəla rəqabət baxımından, eləcə də Ermənistana strateji münasibətlərimiz baxımından yaxşı xəbər olmamışdı. Azərbaycan tərəfi Ermənistanı enerji daşıyıcları ilə özünə bağlamalıdır. Bu da onun strateji maraqlarına uyğun gəlir. Əlbəttə ki, Ermənistana elektrik və qaz sata bilərik. Mən arzu edərdim ki, sataq”.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
14.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur