14.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Naxçıvanda yeni Baş nazir TƏYİN EDİLƏCƏK

14 noy 2025 10:00
GÜNDƏM
ads

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunub. Yeni vəzifəsinə görə o, Naxçıvan Baş naziri vəzifəsindən azad edilib.

 

Qutb.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Baş nazirini vəzifəyə Ali Məclis təyin edir.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin vəzifəsinə namizəd isə Azərbaycan Respublikası Prezidenti tərəfindən təqdim olunur.

Baş nazir vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, seçkilərdə iştirak etmək hüququna malik, başqa dövlət qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

Yaxın günlərdə yeni Baş nazir təyinatının Ali Məclisdə müzakirə ediləcəyi gözlənilir.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur