İngiltərədə lotereyadan bir milyon sterlinq qazanan qadın zəngin olduqdan sonra avtomobilini ən yaxın dostuna bir funta satıb.
Publika.az xəbər verir ki, Leyçesterşire ştatından olan 56 yaşlı Deborah Burgess lotereyada bir milyon funt qazanıb. Qadın özünə yeni avtomobil alıb. Köhnə avtomobilini isə dostuna simvoilik qiymətə satıb.
“Mən yeni maşın almışam. Təzə deyil, amma gözəl maşındır. Əvvəlki maşını satmaq fikrində deyildim, amma dostum onu məndən almaq istəyirdi. Düzgün qiyməti ödəmək istəyirdi, amma qalib gəldiyim üçün onu sadəcə bir funta satdım. Belə bir şey edə bilmək çox gözəl hissdir".
Deborah Burgess 2023-cü ilin avqustun əvvəlində lotereya bileti alıb və avqustun 19-da uduş qazanıb, lakin xəstəxanaya yerləşdirildiyi üçün e-poçtlarını yoxlamaq imkanı olmayıb, ona görə də bundan bir neçə ay sonra məlumat ala bilib.
Roza Şəfiyeva