01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Bu ölkədə 225 nəfər aclıqdan öldü

17 yan 2024 10:00
GÜNDƏM
ads

Yerli rəsmilərin bildirdiyinə görə, Efiopiyanın quraqlıqdan və müharibədən əziyyət çəkən Tiqray bölgəsindəki Edaqa Arbi şəhərində iyul ayından bəri 200-dən çox adam aclıqdan ölüb.

Publika.az xəbər verir ki, Tiqrayın səlahiyyətliləri bölgənin sonuncu dəfə 1984-cü ildə yaşanan aclığın astanasında olduğu barədə xəbərdarlıq edib.

Əddis-Əbəbədəki mərkəzi hökumət yaxınlaşan aclığı inkar edir və yardım göstərmək üçün çalışdığını bildirir. Lakin tibb işçiləri və humanitar işçilər yardımın kifayət qədər tez gəlmədiyini və insanların həyatını xilas etməkdə aciz olduqlarını deyirlər.

"Mən bir həkim olaraq hər zaman ölümlərin şahidi oluram. Təəssüf edirəm ki, bilik və bacarığım var, amma xalqıma kömək etmək imkanım yoxdur", - Şire qəsəbəsində Desta Kahsay deyib.

BMT-nin məlumatına görə, hazırda Efiopiyada təxminən 20 milyon insanın qida yardımına ehtiyacı var.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur