Gürcüstana rəsmi səfərə gələn Macarıstanın baş naziri Viktor Orban müxalifət tərəfdarları tərəfindən fitə basılıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “Exo Kavkasa” məlumat yayıb.
Hadisə Rustaveli prospektində, Gürcüstan müxalifətinin parlament seçkilərinin nəticələrinə qarşı izdihamlı mitinqinin keçirildiyi “Tbilisi Marriott” otelin yaxınlığında baş verib.
Orban oteldən çıxıb maşına tərəf gedəndə onun ünvanına fit və nalayiq sözlər səslənib.
Daha sonra Macarıstan baş nazirinin korteji təhlükəsizliyin müşayiəti ilə hadisə yerini tərk edib.
Xatırladaq ki, Orban seçkilərin ilkin nəticələrinin dərcini gözləmədən Gürcüstanın baş naziri Kobaxidzeni qələbə münasibəti ilə təbrik edib.
Onu da xatırladaq ki, Aİ xarici işlər nazirlərinin birgə bəyanatında Macarıstan hökumətinin başçısının Gürcüstan seçkiləri ilə bağlı fikirlərini bildirərkən Avropa İttifaqı adından danışmaması xüsusi vurğulanıb.
Adəm Abbaslı