01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Rusiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi

24 yan 2024 18:00
GÜNDƏM
ads
Advertisement

Rusiya Belqorod vilayətində İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.

"Təxminən bir saat yarım əvvəl Nyu-York vaxtı ilə saat 15:00-da BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdik və çox ümid edirik ki, Fransa sədrliyi öz vəzifələrini vicdanla yerinə yetirəcək və belə bir görüşü ən qısa zamanda təyin edəcək", - Lavrov deyib.

Çərşənbə günü Ukrayna Silahlı Qüvvələri 65 ukraynalı əsiri mübadilə üçün daşıyan İl-76 hərbi-nəqliyyat təyyarəsini Belqorod vilayəti üzərində vurub. Təyyarədə olan bütün əsirlər, həmçinin altı ekipaj üzvü və onları müşayiət edən 3 şəxs - cəmi 74 nəfər həlak olub. SHOT TG kanalının məlumatına görə, İl-76-nın bütün ekipajı ölümündən sonra dövlət mükafatları ilə təltif olunacaq


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur