Rusiya başda olmaqla, getdikcə artan ABŞ rəqibləri generativ süni intellektdən istifadə etməklə 2024-cü il prezident seçkilərinə müdaxilə etməyə çalışırlar.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Anonim qalmaq istəyən ABŞ Milli Kəşfiyyatı Direktoru Ofisinin rəsmilərinin fikrincə, bu seçki dövründə ən ciddi təhlükə Rusiyadır.
Rəsmilərin dediyinə görə, Moskva çox güman ki, seçkiləri Ukraynanın hərbi səylərinə dəstəyin zəiflədilməsi, demokratik təsisatlara etibarı və ABŞ-a inamı azaltmaq kimi daha geniş məqsədlərinə nail olmaq üçün bir fürsət kimi qiymətləndirir.
Həmsöhbətlər hesab edirlər ki, İran da 2024-cü il seçkilərində xaos agenti kimi çıxış etmək, daxili nifaq toxumu səpmək və hətta zorakılığı təşviq etmək niyyətindədir.
Adəm Abbaslı