29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ucuz xalçalarla gələn təhlükə: Mütəxəssislərdən ciddi xəbərdarlıq

14 fev 2024 21:00
GÜNDƏM
ads
Advertisement

Sosial şəbəkələrdə qiyməti 5 manatdan başlayan xalçalar reklam olunur. Lakin bu xalçaların hansı materialdan hazırlandığı və keyfiyyəti barədə məlumat verilmir.

Publika.az xəbər verir ki, satıcı Fəryad Nuralinin sözlərinə görə, sözügedən xalçalar Türkiyə və Özbəkistan istehsalıdır:

“Normal keyfiyyətdə olan xalçaların qiyməti 80 manatdan başlayır. Sosial şəbəkələrdə reklam olunan həmin xalçalar kiçikölçülü, sintetik və kimyəvi tərkiblidir”.

Həkim Abbas Bağırov isə deyir ki, bu xalçalardan istifadə orqanizmə mənfi təsir göstərir:

“Həm allergik reaksiyaları artırır, həm də aşağı ətraf venalarının genişlənməsinə səbəb olur. Xroniki yorğunluğa, ayaqda dəri xəstəliklərinin fəallaşmasına və sağalmasının uzanmasına gətirib çıxarır”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:(Musavat.com)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur