Dünya birjalarında bəzi məhsullar ucuzlaşıb.
QÜTB.AZ xəbər verir ki, bununla bağlı Nyu-Yorkun ICE Futures U.S. birjası məlumat yayıb.
Ucuzlaşma son bir həftədə daha çox olub. Belə ki dünya birjasında kartofun qiyməti 11,5%, şəkərin qiyməti isə 20,9% aşağı düşüb.
Qeyd edək ki, Azərbaycandan xaricə satılan kartofun bir kiloqramının orta gömrük qiyməti 72 qəpikdir. Bu ilin iyun ayında ölkədə kartofun bir kiloqramının orta aylıq pərakəndə satış qiyməti 90 qəpik olub. Həmçinin, keçən il Azərbaycandan 32 min ton şəkər xaricə göndərilib.
Ölkədə 313 min ton şəkər, qənd istehsal edilib. Qlobal bazarlarda ucuzlaşma fonunda xam şəkər son iki ilin ən aşağı səviyyəsinə düşüb.
Aysel Şahmar