29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

NİİM bu sürücülərə müraciət etdi: "Qaydaları heçə sayırlar"

08 avq 2024 19:00
GÜNDƏM
ads

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) moped və motosiklet sürücülərinə müraciət edib.

NİİM-dən QÜTB.AZ-a verilən məlumata görə, işıqforun qırmızı işığından keçən moped sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Hadisə bu gün günorta saatlarında Nərimanov rayonu, Təbriz və İzzəddin Həsənoğlu küçələrinin kəsişməsində baş verib.

"Məsələ burasındadır ki, paytaxtın müxtəlif küçə və prospektlərində moped və motosiklet sürücülərinin bir çoxu svetoforun qırmızı işığından keçir, əks istiqamətdə getməklə və piyada səkiləri ilə hərəkət etməklə qaydaları heçə sayırlar. “Yol Hərəkəti Haqqında” qanunun tələblərini kobud şəkildə pozan belə sürücülər səbəb olduqları yol-nəqliyyat hadisəsinin qurbanı olmaqla yanaşı, digər yol hərəkəti iştirakçılarının həyatı üçün də təhlükəli vəziyyət yaradırlar. Təhlillər göstərir ki, bu sürücülərin bəziləri motodəbilqədən istifadə etsə də, müəyyən hissəsi qoruyucu dəbilqələrdən istifadə etmir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bir daha moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol hərəkəti qaydalarına düzgün riayət etsinlər, özlərinin və digərlərinin həyatı üçün təhlükə yaratmasınlar", - müraciətdə vurğulanıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur