29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bayden sərhədləri aşdı: ABŞ səfiri nazirliyə çağırıldı

13 mar 2024 07:00
GÜNDƏM
ads
Advertisement

ABŞ prezidenti Co Baydenin Macarıstan lideri Orbanı “diktator” adlandırmasından sonra ABŞ səfiri Macarıstan Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bunu Macarıstanın Xarici işlər naziri Peter Szijjarto bildirib

"Baydenin Macarıstanın baş naziri Viktor Orbanın diktaturaya meyil etməsi ilə bağlı açıqlamalarından sonra ABŞ-ın Macarıstandakı səfiri David Pressman Xarici İşlər Nazirliyinə çağırılıb", - məlumatda deyilir.

Bu açıqlamalardan sonra ABŞ-Macarıstan münasibətlərində gərginlik artıb. Szijjarto Baydenin açıqlamasını yalan və çox ciddi təhqir kimi qiymətləndirib:

"Prezidentin və demokratik administrasiyanın bu düşüncə tərzi ikitərəfli əlaqələrimiz üzərində ağır bir yük yaradır".

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur