PSJ-nin baş məşqçisi Lui Enrike "Napoli"nin vingeri Xviça Kvaratsxeliyanın transferini zəruri hesab edir.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssisin fikrincə, Kilian Mbappenin gedişindən sonra klubda təkbətək vəziyyətlərdə elita müdafiəçilərini məğlub edə biləcək sürətli və güclü hücumçu çatışmayacaq. Enrike hesab edir ki, Xviça onun oyun strukturuna mükəmməl uyğunlaşacaq.
PSJ rəhbərliyinin Kvaratsxeliyanın alınması üçün "Napoli"yə 100 milyon avro təklif etməyə hazır olduğu bildirilir.
Xatırladaq ki, bu mövsüm gürcü futbolçu bütün turnirlərdə 44 matçda iştirak edib, 11 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarket"ə görə, Xviçanın bazar dəyəri 80 milyon avrodur.