29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Nazirlikdən erməni iddialarına cavab

07 fev 2024 13:00
GÜNDƏM
ads
Advertisement

Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur.

Publika.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb.

Nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinliklər müşahidə olunmur.

Bu gün nazirliyin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Qeyd edək ki, bu gün ermənidilli seqmentə məxsus bəzi sosial şəbəkələrdə Azərbaycanda bir neçə seçki məntəqəsində internetin verilişində problem yarandığına dair iddialar yayılıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur