NATO-nun təcili buraxmaq lazımdır, çünki təşkilat başqa ölkələrin suverenliyini gücləndirmir, əksinə onun həyata keçirilməsinə mane olur.
Publika.az xəbər verir ki, bunu məşhur amerikalı jurnalist Taker Karlson deyib.
Karlson siyasi məsləhətçi Balaş Orbana müsahibəsində deyib: “Mən hesab edirəm ki, NATO Birləşmiş Ştatlar üçün dəhşətlidir və biz onu dərhal ləğv etməliyik. Alyans həm də Qərbin öz sivilizasiyasını məhv etməyə çalışmasının nümunəsidir”, - Karlson bildirib.
Bundan əlavə, amerikalı jurnalist əmindir ki, Şimali Atlantika Alyansının mövcudluğu Qərb ölkələrinin “öz sivilizasiyasını qoruyub saxlamağa” çalışmadığına dair nümunələrdən biridir.
Tural