29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Telefon ekranları və LED işıqlar zəhər saçır – Bədənə hansı ziyanları var?

22 fev 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Alimlər telefon ekranlarının və ofislərdə geniş istifadə olunan LED-lərin saçdığı mavi işıqla bağlı xəbərdarlıq ediblər.

Publika.az bildirir ki, ofisdə bütün günü günəşdən uzaq, LED işıqlar altında işləmək və hər boş vaxtda telefon ekranına baxmaq bədəni yavaş-yavaş zəhərləyir.

Yeni bir araşdırmanın nəticəsi göstərir ki, mavi işığa uzun müddət məruz qalmaq orqanizmin normal fəaliyyətini poza və qan şəkərinin səviyyəsini dəyişdirə bilər.

London Universitet Kollecinin alimləri bu işığı “saatlı bomba” adlandırıblar. Onlar mavi işığın potensial olaraq diabetə səbəb ola biləcəyini bildiriblər.

Professor Qlen Cefferi deyir:

"Günəş işığında qırmızı və mavi arasında tarazlıq var, lakin biz indi mavi işığın üstünlük təşkil etdiyi bir dünyada yaşayırıq. Uzun müddət bu işığa məruz qalmaq fiziologiyaya mənfi təsir edir və diabetə səbəb olur. 1990-cı ilə qədər hamımız normal lampalarından istifadə edirdik; onlarda günəş işığına bənzər şəkildə mavi və qırmızının balansı var idi. Ancaq LED-lərə keçidlə hamımızın potensial sağlamlıq problemləri oldu. Bu, günəş işığında daha çox vaxt keçirməklə qismən düzəldilə bilər".

LED işıqlandırmanın və telefon işığının bu qədər təhlükəli olmasının səbəbi mitoxondrilərlə əlaqəlidir. Belə ki, mavi işıq hüceyrələri gücləndirmək üçün lazım olan enerjini istehsal edən mitoxondriləri pozur. Bu isə qan şəkərinin səviyyəsinə təsir edə və qocalmanı sürətləndirə bilər. Telefon ekranından yayılan işıq, həmçinin gözlərə də zərər verir.

Tədqiqatçılar öz təcrübələrində aşkar ediblər ki, insanın dərisini 15 dəqiqə qırmızı işığa məruz qoymaq qan şəkərinin səviyyəsini yenidən nəzarət altına ala bilər. Onlar yaşlanma əleyhinə müalicələrdə də istifadə edilən qırmızı işıqdan yararlanıblar və bunun hüceyrələrdə enerji istehsalını stimullaşdıraraq qlükoza istehlakını artırdığını aşkarlayıblar. Hətta qırmızı işığın qan şəkərinin səviyyəsini 27,7 faiz azaltması müşahidə edilib ki, bu da diabet üçün yeni bir müalicə növü ola bilər.

Dr. Mişhel Pouner işığın mitoxondrilərin işinə təsir etdiyini vurğulayaraq bildirib:

“Araşdırmamız göstərdi ki, qırmızı işığa bir dəfə 15 dəqiqə məruz qalmaq yeməkdən sonra qan şəkərinin səviyyəsini azaltmaq üçün istifadə edilə bilər".

Hazırda smartfonlarda mavi işığı azaltmaq üçün "gecə rejimi" seçimi olsa da, araşdırmalar bunun kifayət etmədiyini göstərir.(Medicina.az)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur