Səudiyyə Ərəbistanının kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud bu ölkənin suveren fondu vasitəsilə daha bir klub ala biləcəklərini bildirib.
Publika.az xəbər verir ki, o, hədəflərinin Fransa çempionatında olduğunu, "Marsel" və ya "Monako"nun mümkün alışı haqda danışıb:
“Bu, yaxşı investisiyadır. "Marsel" və "Monako" yaxşı çıxış edir. Fransa çempionluğunu qazanmağa qadirdirlər. Bu komandalardan birini almaqda qeyri-mümkün heç nə yoxdur”.
"Monako"nun sahibi hazırda rusiyalı milyarder Dmitri Rıbolovlevdir. O, səhmlərin 66%-nə sahibdir. Jurnalist Ben Yacobsun məlumatına görə, Rıbolevlev knyazlıq klubundakı payını 1 milyard avro dəyərində qiymətləndirir. O, klubun səhmlərinin əksəriyyətini 130 milyon avroya alıb.
Heybət