“İnter”in baş məşqçisi Simone İnzaqi 2023/24 mövsümündə A Seriyasının ən yaxşı məşqçisi seçilib.
Publika.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.
İtaliya çempionatında Milan klubu mövsümün bitməsinə 5 tur qalmış tarixdə 20-ci titulunu qazanıb.
48 yaşlı mütəxəssis 2021-ci ilin iyunundan “neradzurri”yə rəhbərlik edir. Əvvəllər “İnter” onun rəhbərliyi altında iki dəfə İtaliya kubokunu qazanıb, üç dəfə İtaliya Superkubokunun qalibi olub və Çempionlar Liqasının finalına yüksəlib.