Gəncədə avtobusda əxlaqsız hərəkətlər edən şəxsin kimliyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məsələ ilə bağlı QÜTB.AZ-a açıqlama verib.
O bildirib ki, görüntülər əsasında Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalar aparılıb və həmin şəxsin Gəncə şəhər sakini, Ruhi-Əsəb Dispanserində qeydiyyatda olan Ə.Abbasov olduğu müəyyən edilib.
“Şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq onun müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub” , – deyə Eşqin Qasımov vurğulayıb.