Türkiyənin Azərbaycanda hərbi baza yaratmaqla bağlı yayılan məlumatlar siyasi spekulyasiyadır.
QÜTB.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində deyib.
Pprezidentin sözlərinə görə, bu gün dünyanın heç bir yerində hərbi baza gizlətmək demək olar ki, mümkün deyil. Bundan başqa, Əliyev ölkədə belə bazanın yaradılmasına ehtiyac olmadığını vurğulayıb.
“Deməliyəm ki, buna ehtiyac yoxdur”, - deyə Azərbaycan lideri qeyd edib.
Tural