Rumıniya millisinin hücumçusu Denis Draquş Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Ukrayna yığması ilə oyununda uzaq məsafədən vurduğu zərbə ilə yekumnhesabı müəyyən etdi – 3:0
Publika.az xəbər verir ki, bundan əvvəl rumıniyalı yarımmüdafiəçilər Nikolae Stançu və Razvan Marin də cərimə meydançasından kənardan fərqlənmişdilər.
Belə ki, hazırda 2024-cü il Avropa çempionatının startında vurulan 25 qoldan 8-i (32%) uzaq məsafədən vurulub. Bu, Avropa çempionatları tarixində cərimə meydançasından kənardan vurulan qollar üçün rekord göstəricidir.